İngiltərənin "Financial Times" qəzeti Yeni Zelandiyada aparılan araşdırmanın nəticəsini açıqlayıb. Qəzetin verdiyi xəbərə görə, dünyada cəmi üç milyard insanın danışdığı Hind Avropa dillərinin mənşəyi Türkiyə olub.
Financial Times qəzeti xəbəri belə dərc edib: "Hind-Avropa dillərinin vətəni haradır? 200 ildir müzakirə olunan bu məsələ barəsində aparılan araşdırma Hind-Avropa dillərinin qaynağının Anadolu torpaqlarında olduğunu təsdiqləyir. Araşdırma bu dillərin 8000-9500 il əvvəl əkinçiliyin inkişafı ilə birlikdə yayıldığına göstərib. İndi isə Hind-Avropa dillərində təxminən üç milyard adam danışır".
Araşdırma zamanı ortaq mənşəyi olan sözlər araşdırılıb. Hind Avropa qrupunda iştirak edən 113 köhnə və müasir dildə ən çox istifadə olunan sözlərin kökünün eyni olduğu məlum olub. Araşdırmanın sonunda isə dillərin yayıldığı bölgələr və yaşları Hind Avropa dillərinin mənşəyinin Anadolu olduğu fikrini təsdiqləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB