“Forbes” ən güclü qadını seçib

Amerikanın məhşur jurnalı Forbesin hər il nəşr etdiyi "Dünyanın Ən Güclü 100 Qadını" siyahısının zirvəsində bu il də Almaniyanın baş naziri Angela Merkel yer tutub. Qadınların şöhrət və məşhurluğundan çox, sözünün etibarlılığına görə seçildiyi siyahıda böyük şirkətlərin idarəçilərindən ölkə idarəçilərinə qədər bir çox fərqli ölkədən qadın var.

Jurnal ilk pilləyə layiq gördüyü Merkeli "Avropa Birliyinin müzakirə olunmaz qadını" və "Avropada qlobal iqtisadi gücün lideri" olaraq xarakterizə edib. Siyahıda siyasi şəxsiyyətlərin adları ilə birgə iş dünyası və texnologiya sektoru, media və əyləncə dünyasından olan qadınların da adları qeyd olunub. Siyahının ilk 3 pilləsində Angela Merkel, ABŞ Dövlət katibi Hillari Klinton, Braziliyanın ilk qadın dövlət başçısı Dilma Rousseff olub. Onları isə Melinda Gates, Jill Abramson, Sonya Qandi, Mişel Obama, Kristina Lagarde, Janet Napolitano və Şerl Sandberg izləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə