Ruslan Qelayevin oğlu Suriyada öldürülüb

Suriyada keçmiş çeçen səhra komandiri Ruslan Qelayevin oğlu Rüstəm Qelayev öldürülüb. Rusiya mətbuatının verdiyi məlumata görə, çeçen döyüşçülər Bəşər Əsədə qarşı suriyalı döyüşçülərlə vuruşurlar. "Interfaks" yazır ki, Çeçenistan rəhbərliyi Suriyada çeçen döyüşçülərinin müxalifət tərəfindən olmadığını iddia edir.

Qeyd edək ki, 24 yaşlı Rüstəm Qelayev Yaxın Şərqdə təhsil alırdı, bu ilin yayında isə Bəşər Əsədə qarşı vuruşmaq üçün Suriyaya gəlmişdi. Onun müqəddəs Ramazan ayının son günlərində öldürüldüyü iddia edilir. Artıq R.Qelayevin meyidi ölkəsinə gətirilərək dəfn edilib.

"Сhechenews"un məlumatına görə, Suriya müxalifəti tərəfindən Suriyada etnik çeçenlərlərdən ibarət böyük könüllülər dəstəsi vuruşur. Onların dəstəsinin adı isə keçmiş İçkeriya rəhbəri Cövhər Dudayevin adını daşıyır. Rüstam Qelayev də məhz bu dəstənin tərkibində olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...