Rusiya 40 ildən artıqdır ki, hərbi dəniz qüvvələrinin bazası kimi istifadə etdiyi Suriyanın Tartus limanını boşaldır. SİA-nın verdiyi məlumata görə, hərbi bazanın komandanı polkovnik Dmitri Jivoronkov bildirib ki, ərazidəki şəxsi heyət təhlükəsizlik məqsədi ilə köçürülür.
Jivoronkov həmçinin əlavə edib ki, limanının tam boşaldılması üçün Rusiya prezidentinin və baş qərargah rəisinin əmrini gözləyirlər. Rusiyanın "İzvestiya" qəzetinə açıqlama verən Dmitri Jivoronkov bildirib ki, Rusiya ordusunu müəyyən hissəsi Aralıq dənizi sahillindən köçürülüb. Məlumata görə, 80 nəfərlik heyət sahildəki anbarlardan və idarə mərkəzlərindən hərbi gəmilərə köçürülüb. Hərbi bazanın komandanın sözlərinə görə, hökumət və müxalifət qüvvələrini hərbi qarşıdurmasının bu bölgəyə yaxınlaşması şəxsi heyətinin həyatına ciddi təhlükə yaradır. Bu məqsədlə Suriyadakı Rusiya hərbiçiləri bölgəni tərk etmək üçün prezident Vladimir Putinin əmrini gözləyir.
Qeyd edək ki, 1971-ci ildə SSRİ hərbi donanması Suriyanın bu limanına yerləşib. Keçmiş SSRİ-nin süqutundan sonra Tartus Rusiyanın xaricdə fəaliyyət göstərən yeganə hərbi bazası idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB