Keniyanın cənub-şərq əyalətində müxtəlif etnik qruplardan olan fermerlərlə maldarlar arasındakı torpaq mübahisəsi qanlı qətliamla nəticələnib. Polisin verdiyi məlumata görə, Pokomo tayfasından olan 200-ə yaxın fermer odlu və soyuq silahlarla Orma kəndinə qəfil hücum edərək azı 48 nəfərin həyatına son qoyub.
Bir çoxları evləri ilə qarışıq diri-diri yandırıldığı halda, qalanları xüsusi amansızlıqla qətlə yetirilib. Ölənlər arasında uşaq və qadınların üstünlük təşkil etdiyi bildirilir. Vilayətin komissarı zorakılığın qisas aktı olduğunu dilə gətirib.
Xatırladaq ki, ötən həftə Pokomodan olan fermerlər, Orma kənd sakinlərinin onlara məxsus mal-qaraya və torpaqlara yiyə çıxmasına qarşı etiraz aksiyası keçirmiş və fermalara hücum edərək yüzlərlə mal-qaranı məhv etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB