İzmirin Yeni şəhər səmtində olan Təpəcik Təhsil və Araşdırma Xəstəxanasının təcili yardım girişnə buraxılan çamadan ətrafda bomba çaxnaşmasının yaşanmasına gətirib çıxarıb.
Təcili yardımın qarşısında sahibsiz çamadan tapan vətəndaşlar vəziyyəti polisə bildirib. Hadisə yerinə gələn polis vətəndaşları hadisə yerindən uzaqlaşdırıb. Mütəxəssis qruplar tərəfindən xüsusi cihazla partladılan çamadandan paltar çıxıb.
Daha sonra vətəndaşların təcili yardıma və xəstəxananın bağçasına girməsinə icazə verilib.
Qeyd edək ki, hadisə gecə saat 03:00 radələrində yaşanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB