Çində süd qalmaqalı

Qida qalmaqalları ilə davamlı olaraq gündəmə gələn Çində ölkənin ən böyük süd istehsalçı firması Mengniu məhsullarının son istehlak tarixini dəyişərək yenidən isteklakçıya təqdim edib. 2011-ci ilin dekabr ayında satışdan geri qaytarılan süd Yişu fabrikində etiket dəyişikliyi edildikdən sonra 2012-ci ilin may və iyun aylarında satışa çıxarılıb. Qeyd edək ki, südün son istifadə müddəti 45 gün müəyyən olunub və Mengniu firmasının bu saxtakarlığı Çin mətbuatında geniş müzakirələrə yol açıb.

Çin qida sənayesi standartlara uyğun məhsul istehsal edə bilmədiyinə və müəyyən qanunsuzluqların qarşısını ala bimədiyinə görə də mətbuat tərəfindən kəskin tənqid olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə