Suriyada bufer zona yaradılır

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu BMT-yə Suriya ərazisində bufer zonası yaradılmasını təklif edib. SİA-nın xəbərinə görə, bu ərazidə zorakılıqdan gizlənmək istəyən insanlar sığınmaq imkanı əldə edəclər. Türkiyəli nazirin sözlərinə görə, onun ölkəsi yüz mindən artıq qaçqın qəbul edə bilməz.

Hazırda Türkiyədə düşərgələrdə 70 min qaçqın sığınacaq tapıb. BMT müşahidəçilərinin Suriya ərazisindəki missiyaları isə ötən gün bitib. Suriyanın müxalifət qrupları məlumat veriblər ki, ölkənin hər yerində üsyançılarla müxalifət nümayəndələri arasında toqquşmalar davam edir. Ölkənin Dəməşq və Dəraa şəhərlərində vəziyyət xüsusi olaraq acınacaqlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə