Livanın ikinci böyük şəhəri olan Tripolidə sünni və şiələrin iki gündür davam edən qarşıdurmasında ən az 2 nəfər ölüb, 60-dan çox adam isə yaralanıb.
Sünni Bab Əl Tabbaneh məhəlləsi ilə şiə Cebel Muhsin məhəlləsi arasında baş verən qarşıdurmaya ordu müdaxilə edə bilməyib. "The Daily Star" qəzetinin verdiyi xəbərə görə, zirehli texnika ilə qarşıdurmaya müdaxilə etmək istəyən ordu yarım saat ərzində geri çəkilmək məcburiyyətində qalıb. Nəticədə ən azı 10 əsgərin yaralandığı açıqlanıb.
Qeyd edək ki, bu məhəllələr arasında bir il ərzində daha iki şiddətli qarşıdurma baş verib. Qarşıdurmalar nəticəsində 11 nəfər ölüb. Livanın baş naziri Nəcib Mikati verdiyi açıqlamada: "Tripoli şəhərinin sakinlərinə bu qarşıdurmalara son vermələri barədə müraciət olunub. Lakin Livanda qarşıdurmalar yaratmaq istəyən bir çox tərəf olduğu məlumdur", - deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB