Suriya ordusu ötən gün paytaxt Dəməşqin ətraf rayonlarında üsyançılara qarşı xüsusi əməliyyatlar keçirib. Suriya İnsan Haqları Müşahidəçi Qrupunun verdiyi məlumata görə, əməliyyatlar zamanı baş vermiş qarşıdurmalarda azı 20 nəfər öldürülüb. Üsyançıların olduğu bölgələrə ağır artilleriya yeridən ordu qüvvələri çoxlu sayda yaşayış məntəqələrini dağıdıblar. Müxalif fəallarının sözlərinə görə, son iki gündə bu bölgədə 70-ə yaxın adam öldürülüb. Hələb şəhərində isə, orduya məxsus qırıcı təyyarələr üsyançıları raket atəşinə tutublar. Nəticədə 10 nəfər həyatını itirib.
Bu arada, müxalifət fəalları bəzi bölgələrdə meşə yanğınlarının baş vermə səbəbini öldürülən üsyançıların cəsədlərinin yandırılması ilə izah ediblər. Onlarlın sözlərinə görə, hökumət qüvvələri bu yolla cinayətlərinin izlərini itirməyə çalışır.
Onu da qeyd edək ki, müxalifətin iddialarına görə, artıq 18 aydır ki, davam edən döyüşlərdə 20 mindən çox insan öldürülüb. 200 mindən çox insanın isə qaçqın düşdüyü bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB