Türkiyədə 10 əsgər öldü, 11-i yaralandı QARA XƏBƏR

Türkiyədə 10 əsgər öldü, 11-i yaralandı QARA XƏBƏR

Türkiyənin Şırnak vilayətindəki Uludərə bölgəsinin Gülyazı kəndindəki hərbi hissədən alaya qayıdan əsgərləri daşıyan mikroavtobus qəzaya uğrayıb. Habertürk-ün məlumatına görə, Türkiyə-İraq sərhədi yaxınlığındakı Bəyaz Təpədə yerləşən hərbi bazadan 19 əsgəri daşıyan, Mehdi Tosunun idarə etdiyi 73 M 0117 nömrə nişanlı mikroavtobusun yoldan çıxaraq uçuruma düşməsi nəticəsində 9 əsgər və sürücü şəhid olub, 11 nəfər yaralanıb.

Mikroavtobusda sürücünün 8 yaşlı oğlu Mehmet Tosun da vardı.

Yaralılar Şırnak və Uludərədəki xəstəxanalara aparılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə