Avropa istidən yanır

Avropada hakim olan isti hava kütlələri əhalini sərinləmək üçün müxtəlif vasitələrə əl atmağa məcbur edir. Ötən gün Fransanın paytaxt Parisdə yerli əhali və turistlər günboyu məşhur "Eyfel" qülləsinin yanında yerləşən "Trokadero" şəlaləsinin hövzələrində sərinləməyə çalışıb. Əhali saatlarla soyuq su hovuzlarının yanından ayrılmayıb.

Almaniyada isə daha isti hava müşahidə olunub. 40 dərəcəyə çatan istilər əhalini dağlara üz tutmağa məcbur edib. İstidən baş götürüb dağlara qaçanlar burada həm sərin hava, həm də yamac paraşutundan zövq almağa çalışıb. Bəzilər isə göllərdə qayıq turuna çıxaraq istilərlə mübarizə aparıb.

Meteoroloqlar bu günlərdə Mərkəzi Avropada ilin ən isti günlərini müşahidə ediblər. Onların sözlərinə görə, Afrikadan daxil olan hava kütlələri hələ bir neçə gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə