Tbilisiyə yumurta böyüklükdə dolu yağıb

Tbilisiyə yumurta böyüklükdə dolu yağıb

Tbilisiyə yumurta böyüklükdə dolu yağıb. SİA-nın aldığı məlumata görə, Gürcüstan paytaxtının İsani-Samqori rayonunda dolu evlərin dam örtüyünə, avtomobillərə ciddi ziyan vurmuşdur. Şəhərin Kaxeti şossesi küçəsində isə güclü yağışla müşayiət olunan dolu nəqliyyatın hərəkətində problem yaradıb.

Şəhər meriyasından verilən məlumata görə, yardım üçün yüz nəfər müraciət edib. Xəsarət alan və dağıntı barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə