Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Ketrin Eşton İran prezidenti Mahmud Əhmədinejatın son çıxışlarını qəti şəkildə pisləyib. Eştonun mətbuat xidmətinin verdiyi məlumata əsasən, İran prezidenti İsrailə qarşı xoşagəlməz və nifrət dolu ifadələr işlədib.
Belə ki, Əhmədinejət Tehranda fələstinlilərə dəstək nümayişində, "qondarma sionist rejimlə mübarizə aparmağın, bütün insanlığın hüquq və ləyaqətinin qorunması" anlamına gəldiyini ifadə edib. Eşton İranı regionda konstruktiv mövqe tutmağa çağırıb. Ali nümayəndə İsrail və İran liderlərinin regionda gərginliyin azaldılmasına kömək olacaqlarına ümidvar olduğunu qeyd edib.
Tehranda anti-israil bəyanatları səsləndiyi bir arada beynəlxalq mətbuatda İsrail-İran məsələsi ilə bağlı qalmaqallı məlumatlar yayılıb. Bir çox qəzetlərdə İsrailin artıq payızda təkbaşına İranın nüvə obyektlərinə hücum edəcəyi ehtimalı irəli sürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB