ABŞ-a məxsus pilotsuz təyyarə Əfqanıstanın şərqində "Taliban"ın mövqelərinə zərbə endirib. Nəticədə 50 nəfər talib öldürülüb."Sinxua" agentliyinin verdiyi məlumata görə, hadisə Pakistanla sərhəddə yerləşən Kunar vilayətində baş verib. Əfqan polisinin nümayəndəsi Nəcibulla Xanın bildirdiyinə görə, öldürülən silahlılar arasında 13 səhra komandiri olub.
Əfqanıstan ordusu və NATO qüvvələrinin çoxsaylı əməliyyatlarına baxmayaraq, Kunar vilayətində silahlıların fəallığı həmişə yüksək olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB