7 ayda 116 əsgər intihar edib

Amerika Ordusu üçün ən böyük problem olaraq göstərilən intihar hadisələri keçən ay rekord qırıb. Ötən ayın statistikası 26 əsgərin intihar etdiyini xəbər verib. Lakin iyun ayında bu statistik göstərici 12 idi.

Time jurnalı may ayında verdiyi xəbərdə Amerika ordusunda baş verən intihar hadisələrinin sayının artdığını bildirib. Keçən ay ABŞ-ın hərbi dəniz qoşunlarına mənsub 8 dənizçisi, hərbi hava qüvvələrindən isə 6 əsgəri intihar edib.

Bu ilin 7 aylıq statistik göstəricilərinə görə Amerika ordusunda intihar edənlərin sayı 116 olub. İl sonuna qədər isə bu rəqəmin 200-ə çatacağı gözlənilir. 2011-ci il isə 167 əsgər intiharı ilə yadda qalıb.

Keçən ay intihar edən əsgərlərdən yalnız ikisi zabit olub. İntihar edən əsgərlərin 13-ü evli, 10-u subay, 3-ü isə boşanmışlar olub.

Xatırladaq ki, Amerika Ordusunda intihar edənlərin sayının açıqlanmasına 2009-cu ildən başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə