Rus qoşunları daha iki il qalacaq

Rus qoşunları daha iki il qalacaq

Rusiyanın Tacikistandakı hərbi bazaları növbəti iki ildə də bu ölkədə qalacaq. Məsələ ilə bağlı razılıq əldə olunub. SİA-nın "Moskovskie novosti"nin Tacikistan rəhbərliyindəki mənbələrinə istinadən verdiyi məlumata görə, hələlik ölkədəki Rusiya hərbi bazaları ilə əlaqədar yekun qərar verilməyib. Amma ticik tərəfi mövcud müqavilənin müddətini iki il də artırmağı təklif edib.

Qeyd edək ki, rus hərbçilərinin Tacikistanda qalmasını rəsmiləşdirən müqavilənin müddəti 2014-cü ildə bitir. Onu da deyək ki, ölkədə Rusiya hərbi bazası 2004-cü ildə yaradılıb. Müəyyən vaxtlarda bazanın qalma müddətinin 50 il olacağına dair söz-söhbətlər də yayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə