İsrail İrana hücumunu niyə təxirə salır?

İsrail İrana hücumunu niyə təxirə salır?

"İsrail çox güman ki, noyabrın əvvəlinədək İrana hücum etməyəcək". "Röyters" agentliyi xəbər verir ki, bu barədə İsrailin prezidenti Şimon Peres bildirib. Qeyd edək ki, noyabrın 6-da ABŞ-da prezident seçkiləri keçiriləcək.

Ş.Peresin sözlərinə görə, birtərəfli qaydada İsrail İrana zərbə endirmək istəmir. Dövlət başçısı əlavə edib ki, o, ABŞ prezidenti Barak Obamanın Tehranın nüvə silahını əldə etməsinə icazə verməyəcəyi vədinə inanır.

"Mən əminəm ki, ABŞ-ın maraqları çərçivəsindən də baxdıqda biz bunu tək həyata keçirə bilmərik. Amma biz İranın nüvə proqramını həyata keçirməsini ləngidə bilərik. Biz bu problemi ABŞ-la birgə həll etməliyik", - deyə prezident vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə