"Güc yolu ilə hakimiyyətə gələnlərin axırı yoxdur"

"Güc yolu ilə hakimiyyətə gələnlərin axırı yoxdur"

"İran Suriya ilə bağlı vəziyyətin sülh yolu ilə həllində bütün mümkün vasitələrdən istifadəyə hazırdır". Bu fikrin müəllifi İran prezidenti Mahmud Əhmədinecatdır.

Dünya mediası xəbər verir ki, İslam Respublikasının dövlət başçısı Məkkədə İslam Əməkdaşlığı Təşkilatının fövqəladə sammitindəki çıxışında Misirin bu təşkilatın Suriya məsələsi ilə bağlı işçi qrup yaratmaq barədəki təklifindən danışıb. Təklifə əsasən sözügedən qrupa Misir, Türkiyə, Səudiyyə Ərəbistanı və İran daxil edilməlidir. "Bu, yaxşı təşəbbüsdür. Bizim mövcud istiqamətdə öz ideyalarımız var və onları tərəfdaşlarımızla müzakirə edəcəyik", - deyən M.Əhmədinecat Yaxın Şərq ölkələrində islahatların keçirilməsinin vacibliyindən də danışıb.

Amma dəyişikliklər dağıntılar və hərbi aksiyalarla müşaiyət olunmamalıdır: "Güc yolu ilə hakimiyyətə gələnlərin axırı yoxdur. Onların hakimiyyətləri müstəqil olmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə