Rusiya prezidenti Vladimir Putinin əyləşdiyi Mİ-8 helikopteri səmada təyyarə ilə toqquşma təhlükəsi üz-üzə olub. Rusiya mətbuatının verdiyi məlumata görə, Rusiya Aviasiya rəhbərliyi mayın 26-da baş verən hadisəni gizlətmək istəsə də buna nail ola bilməyib.

Məlumata görə Moskva ətrafında yerləşən Bujarovo qəsəbəsində şəxsi idman təyyarəsi Vladimir Putinin uçuş kursuna girib. Halbuki həmin zaman prezidentin helikopterinin yeraldığı uçuş kursu boş olmalıymış.

Qeyd edək ki, sonradan araşdırmalar zamanı idman təyyarəsinin pultu arxasında olan Aleksandr Ryabinin həvəskar pilot olduğu müəyyən edilib. O dispetçerlərə xəbər vermədən səmaya qalxdığına görə 2 min rubl cərimə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...