Suriya Qərbin onu silahlandırmaq çağırışlarına müsbət cavab vermədiyinə görə üsyançılar çarəni Əl Qaidə ilə birləşməkdə görüb. Hələbin Bab əl Nəsr məhəlləsindəki üsyançı qrupun komandirlərindən Əbu Ammar "AFP" xəbər agentliyinə verdiyi açıqlamada: "Kimsə bizə kömək etməsə, biz öz istəyimiz olmasa belə Əl Qaidə ilə əməkdaşlıq etməyə məcbur qalacağıq. Əl Qaidə nümayəndələri bura gəlsə, bütün insanların beynini yuyacaq və 3 ay ərzində buranı öz mərkəzlərinə çevirəcəklər". -deyib.
Komandir Allahdan kömək istədiklərini, bu rejimi məğlub etməyin qeyri-mümkün olduğunu da diqqətə çatdırıb: "Onlar kimyəvi silahlardan istifadə edirlər. Tankları, təyyarələri, topları, raketləri var. Bizimsə istifadə etməyə heç bir texnikamız yoxdu".
Qərbdən özlərini müdafiə etmək məqsədiylə hərbi yardım istədiklərini də dilə gətirən Əbu Ammar: "Suriya xalqı hələ də Avropa ölkələrinə rəğbət bəsləyir. Amma işlər belə davam etsə sonunda nifrət də edə bilərik"- deyə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB