Taliban hava qüvvələrinin bazasına hücum edib

Taliban hava qüvvələrinin bazasına hücum edib

Pakistanın Kamra şəhərində ölkənin hava qüvvələrinə məxsus iri hərbi bazalarından birinə hücum olunub. Pakistan rəsmilərinin verdiyi məlumata görə, bir qrup şəxs gecə saatlarında bazaya soxularaq təhlükəszilik qüvvələrinə atəş açmağa başlayıb.

2 saat çəkən atışma nəticəsində 2-si təhlükəsizlik xidmətinin əməkdaşı olmaqla 8 nəfər öldürülüb. Həmçinin, bazanın rəisi Məhəmməd Əzəm atışmada xəsarət alıb. Lakin daha sonra silahlıların qaçdığı bildirilir. Hücum zamanı silahlılar bazanın bir hissəsini yandırıblar.

Qeyd edək ki, hərbi baza F-16 və digər tipli qırıcı təyyarələrin bazası olub. Atışma zamanı təyyarlərdən biri məhv edilib. İnsidentə görə heç kim məsuliyyəti öz üzərinə götürməsə də, polis hücumun pakistanlı "Taliban" silahalıları tərəfindən həyata keçirildiyini ehtimal edir.

Bütün xəbərlər Facebook səhifəmizdə