“İsrail hələlik qərar verməyib”

“İsrail hələlik qərar verməyib”

ABŞ-ın müdafiə naziri Leon Panetta İsrailin hazırkı mərhələdə İranın nüvə obyektlərini bombalamaq məsələsində heç bir qərar vermədiyini bildirib. Pentaqon rəhbəri deyib ki, İranın nüvə proqramı ətrafında yaranmış problemin diplomatik yola həlli məqsədilə müzakirələr aparılması üçün hələ zaman var: "Daha əvvəl də söylədim, indi də söyləyirəm. İsrailin İrana hazırkı mərhələdə hərbi müdaxilə edib-etməmək məsələsində qərar verdiyini düşünmürəm".

L.Panetta vurğulayıb ki, İsrail milli mənafeyinə uyğun olduğuna inandığı qərarlar verən suveren bir dövlətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə