140 milyon dollarlıq hərbi kəşf!

140 milyon dollarlıq hərbi kəşf!

NASA İstanbul ilə New York arasındakı uçuş vaxtını 1 saata endirəcək "Scramjet" mühərrikini inkişaf etdirir. Amerika alimləri İstanbul - New York arası uçuş müddətini 1 saata endirəcək reaktiv mühərrikin əldə edilməsinə çox az vaxt qaldığını bildiriblər. Bu mühərrik ABŞ Müdafiə Nazirliyi üçün NASA təfindən hazırlanır və Dünya Okeanında sınaqdan keçiriləcək. Hidrogenlə işləyən "Scramjet" mühərriki saatda təxminən 7250 kilometr sürətə çatacaq. Yəni, mühərrikin sürətinin səs sürətindən 6 dəfə çox olacağı ehtimal edilir.

NASA-nın "X-51A WaveRider" adlandırdığı hava nəqliyyatı 15 min metr yüksəklikdən sərbəst buraxılaraq sınaqdan keçirilib. Hələ tam hazır olmayan mühərrik bu məsafəni təxminən 4 saniyə sərbəst düşüb. Nəqliyyat vasitəsinin 140 milyon dollara satılacağı gözlənilir. Lakin "WaveRider" hələlik yalnız Pentaqon üçün istehsal olunacaq. ABŞ hərbçiləri bu mühərrikin istənilən məsafədə yerləşən hədəfi minimum 1 saat ərzində vurmaq iqtidarında olduğunu bildiriblər. NASA isə bu təyyarədən gələcəkdə sərnişin daşınmasında istifadə etməyi nəzərdə tutub. Əgər təyyarədən şərnişin daşınmasında istifadə olunsa, təyyarə yalnız 7 sərnişin daşımaq qabiliyyətində olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə