Respublikaçılar Partiyasından olan Mitt Romneyin dəstəkçisi narkotik qaçaqmalçılığında təqsirləndirilir. SİA xəbəri xarici KİV-ə istinadən yayıb. Məlumata görə, M.Romneyin Mayami şəhərindəki seçki kampaniyasını təşkil edən "El Palacio de los Jugos" adlı restoranın bir narkotik qaçaqmalçısına aid olduğu ortaya çıxıb.
Restoran sahibinin 1997-ci ildə Kolumbiyada narkotik qaçaqmalçılığında iştirak edən keçmiş məhkum Reynaldo Bermudeze olduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB