Türkiyədə PKK terror təşkilatının 2 gün əvvəl qaçırdığı millət vəkili Hüseyn Aygün azadlığa buraxılıb. "Doğan" agentliyinin (DHA) məlumatına görə, yerli vaxtla saat 17.00-də buraxılan millət vəkilinə kəndlilər yardım edib. tunceli valisi Mustafa Taşkesenin verdiyi məlumata görə, H.Aygün yerli vaxtla saat 18.30-da jandarm idarəsinə gedib və faktla bağlı prokurora ifadə verib. Vali həmçinin millət vəkilinin səhhətində heç bir problem olmadığını deyib.
Xatırladaq ki, avqustun 12-də PKK terrorçuları tərəfindən qaçırılan anamüxalifətçi Cumhuriyyət Xalq Partiyasının (CHP) millət vəkili Hüseyn Aygün 48 saat sonra azadlığa buraxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB