Gəliri artsın deyə dənizini satan ölkə!

Gəliri artsın deyə dənizini satan ölkə!

Yunanıstan gəlirlərini artırmaq məqsədiylə mülklərin özəlləşdirilməsinə başlayıb. Yunanıstan Özəlləşdirmə Komitəsi ölkədəki 23 kiçik liman və bərənin özəlləşdirilməsi üçün tenderin elan olunmasına qərar verib. Özəlləşəcək mülklər arasında Zakintos, Katakolo, Argostoli limanları və Glifada bərəsi də var. Liman və bərələrin fəaliyyəti özəlləşdirmə başa çatanadək həmişəki kimi davam edəcək.

Yunan Maliyyə Nazirliyinin özəlləşdirmə qərarı Kommunist Partiyasının mənfi reaksiyasına səbəb olub. Kommunist Partiyasından edilən şərhdə: "Xalq qarşı çıxmazsa, hökumət və Avropa Birliyi yalnız limanları deyil dənizin özünü də satar"- ifadəsi qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə