Rusiya silkələnir

Amerika Geoloji Araşdırmalar Mərkəzindən (USGS), Rusiyanın şərqi ilə Yaponiyanın şimalında yerləşən Oxot dənizinin 580 kilometr dərinliyində 7,5 bal gücündə zəlzələ baş verdiyi bildirilib. SİA-nın rus mətbuatına istinadən xəbərinə görə, zəlzələnin mərkəzi episentrinin Rusiyanın şərq sahilindəki Poronaysk qəsəbəsindən 168 kilometr, Yaponiyanın paytaxtı Tokiodan isə 1619 kilometr uzaqlıqda olduğu müəyyənləşib. Qeyd edək ki, yapon səlahiyyətliləri, sunami təhlükəsinin olmadığını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə