Egey dənizindəki Paros adasında 19 yaşlı pakistanlı miqrant Ahme Waqasın mobil telefonunu oğurlamaq istədiyi üçün 15 yaşındakı Mirto adlı gənc yunan qızı ağır yaralaması Yunanıstanda immiqrantlara qarşı düşmənlik hissini daha da artırıb.
Afina şəhərində şəxsiyyətləri məlum olmayan 5 motosikletli 20 yaşlı iraqlı miqrantı küçədə bıçaq zərbələriylə öldürüblər.
İraqlı miqrant Anaksagoras küçəsində iraqlı və pakistanlıların ibadətxana kimi istifadə etdikləri məkanda sahur yeməyini yedikdən sonra hücuma uğrayıb. Eyni motosikletli yunanlar hadisədən bir neçə dəqiqə əvvəl də bir romalı və bir fars miqranta hücum etməyə cəhd ediblər. Yunanıstan İmmiqrant İşçilər Birliyi son altı ay ərzində hücuma uğrayanların 500 olduğunu açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB