Təl-Əvivdə İrana hərbi zərbənin edilə bilməsinə etiraz olaraq nümayiş keçirilib. Xəbər verilir ki, etirazçılar İsrailin müdafiə naziri Ehud Barakın evinin qarşısına toplaşaraq əllərində plakatlar tutublar. İrana gözlənilən zərbənin endirilməsinə etiraz edən aksiya içtirakçıları Ehud Barakın və baş nazir Binyamin Netanyahunun istefasını tələb ediblər.
Xatırladaq ki, bir neçə gün öncə Nitanyahu və Barak payızda İranın nüvə obyektlərinə hücum etmək istəklərini bildirmişdilər. Amma onlar ordu komandirlərindən və kəşfiyyat rəhbərlərindən dəstək almayıblar.
Bu arada İranın hərbi rəhbərləri də İİR-ə hücum olacağı təqdirdə İsrailə adekvat zərbələr endirəcəyini bildirib. Bu hücumlara Livanın "Hizbullah" hərəkatının da qoşulacağı bildirilir. Müharibə İsrailə hər gün üçün yarım milyon şekelə və ya 375 milyon dollara başa gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB