ABŞ-ın Memfis şəhərində yaşayan Shanyna Lsom adlı qadın tibb dünyasında belə görülməmiş bir xəstəliyə tutulub. Lsomun bədənində adı məlum olmayan xəstəlik səbəbi ilə tük yerinə dırnaq çıxır. Xəstəliklə əlaqədar Lsom 2009-cu ilin sentyabr ayından müalicə olunur.
Sudurqa keçirdikdən sonra kortizon dərmanlarından istifadə etməyə başlayan Lsom bədəninin hər yerində tük yerinə dırnaq çıxdığını bildirib.
"Dırnaqlar çıxdığına görə dərim nəfəs ala bilmir"-deyən lsom ayağa qalxdıqda belə yardım aldığını qeyd edib.
Uzun müddətdir davam edən bahalı müalicələrə görə ailə də iflas vəziyyətinə çatıb. Indi Lsomun müalicəsi üçün kömək kampaniyaları təşkil edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB