Ermənistanın ikinci prezidenti Robert Koçaryan bu günlərdə Kiprdə torpaq sahəsi alıb və artıq villanın son tamamlama işləri aparılır. SİA-nın "Joxovurd" qəzetinə istinadən verdiyi məlumata görə, hazırda evin su-kanalzasiya sistemləri quraşdırılır.
Xəbər Ermənistanda heç də birmənalı qarşılanmayıb. Qarabağ münaqişəsindən istifadə edərək hakimiyyətə gələn Koçaryan-Sarkisyan cütlüyü bu yolla milyardlara sahib olublar, bunu da xalq qəbul edə bilmir. Eks-prezident yeni evin gəlini müğənni Siruşoya məxsus olduğunu desə də ona inanan hələlik azlıq təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB