BMT baş katibi çağırış edib

BMT baş katibi Pan Gi Mun Suriyada müşahidəçi qrupunun mandatının vaxtını uzatmağa çağırış edib. SİA-nın xəbərinə görə, missiyanın vaxtı avqust ayının 19-da bitir. Pan Gi Munun dünən Təhlükəsizlik Şurası üzv ölkələrinə ünvanladığı məktubda qeyd olunub ki, Suriyada müşahidəçilərin mövcudluğu regionda vəziyyətin müstəqil olaraq qiymətləndirilməsinə xidmət edir. Bu məsələnin həll edilməsinə avqust ayının 16-da Təhlüksizlik Şurasının iclasında baxılacaq. Pan Gi Mun həmçinin Kofi Annanın fəaliyyət müddətinin də artırılmasını tövsiyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə