İnternetin sürəti artıb

2012-ci ilin birinci rübünün nəticəsinə görə dünyada genişzolaqlı internetə girişin orta sürəti 2,6 Mbit/s təşkil edib. SİA-nın xarici mənbələrə istinadən verdiyi xəbərə görə, bu göstərici 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz çoxdur. Cənubi Koreyada şəbəkəyə girişin orta sürəti 15,7 Mbit/s təşkil edir. Yaponiya və Honkonq bu göstərici üzrə müvafiq olaraq ikinci və üçüncü yerdə qərarlaşıblar.

Şirkətin reytinqinə daxil edilmiş ölkələrin 10 faizində şəbəkəyə giriş sürəti 10 Mbit/s və daha yuxarıdır. Bütövlükdə, son il ərzində 125 ölkədə internetə girişin orta sürəti artıb,10 ölkədə isə azalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə