Çin səddi çökdü

Çin səddinin Hibey əyalətindəki hissəsinin şiddətli yağışların yağması nəticəsində yaranan sellə əlaqədar çökdüyü bildirilib. Səlahiyyətli orqanlar şiddətli yağışların dağ suları ilə birləşərək güclü sel yaratdığını və səddin Dacinqmin adlı hissəsini uçurduğunu qeyd edib. Çökən hissənin 36 metrlik qismində təmir işləri başlasa da, səddin digər hissələrində yaranmış çatların daha da genişləndiyi ifadə olunub.

Artıq Çində yağış mövsümü başladığına görə ölkə daxilində şiddətli yağışlar gözlənilir.

Qeyd edək ki, keçən ay paytaxt Pekində son 60 ilin ən şiddətli yağışı 79 insanın ölümünə səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə