Filipinlerin paytaxtı Manilada "Musson" yağışlarının yağması nəticəsində sel və daşqınlar 10 gün ərzində 60 insanın həyatına son verib. SİA-nın xarici mətbuatın xəbərlərinə istinadən verdiyi məlumata görə, səlahiyyətli orqanlar 2,1 milyon adamın seldən zərər çəkdiyini, on minlərcə adamın evlərini tərk etdiyini, 15 milyon əhalisi olan Manilada təhsil müəssisələrinin və dövlət orqnlarının xidmət göstərə bilmədiyini açıqlayıb. Paytaxtdakı ticarət məzkəızlərində ərzaq məhsullarının bir neçə gün öncədən tükəndiyi bildirilib. Manilaya ölkənin digər bölgələrindən qida məhsulları gətirilir.
Malabon şəhərində yerləşən zooparka sel sularının dolması nəticəsində qəfəslərdəki ilan və timsahların yoxa çıxdığı məlum olub.
Hökümət ölü sayının artmasından narahatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB