Yuliya Timoşenkonun başı yenə dərddədir

Yuliya Timoşenkonun başı yenə dərddədir

Ukraynaın keçmiş baş naziri Yuliya Timoşenkoya qarşı daha bir cinayət işi qaldırılıb. "Seqodnya" qəzeti xəbər verir ki, bu barədə Ukrayna baş prokurorunun müavini Renat Kuzmin bildirib. Timoşenko təcridxana əməkdaşına xəsarət yetirməkdə ittiham olunur.

Eks-baş nazirin vəkili Sergey Vlasenko bu cinayət işinin qaldırılmasını cəfəngiyyat adlandırıb. Onun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxsin özü türmə əməkdaşalrı tərəfindən təzyiqlərə məruz qalıb, ona xəsarətlər yetirilib.

Vlasov bildirib ki, cinayət işi Kaçansk koloniyası rəhbərinin iddiası əsasında qaldırılıb.

Yuliya Timoşenkonun özü də bütün ittihamları rədd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə