Gürcüstanın paytaxtı Tbilisi bu gün ərzində tamamilə işıqsız qalıb. Gürcü mediası xəbər verir ki, ölkənin müvafiq orqanları faktı təsdiqləsələr də, elektrik enerjisinin kəsilməsinin səbəblərindən söhbət açmayıblar.
Hazırda enerjinin bərpası istiqamətində aramsız iş gedir. Bunu gözləməyən idarə, müəssisə və təşkilatlar, o cümlədən xəstəxanalar isə özlərinin ayrıca resurslarından istifadə etməyə başlayıblar.
Qeyd edək ki, 1 milyondan çox əhalisi olan Tbilisidə sonuncu oxşar olay iki il öncə yaşanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB