Rusiya Ermənistana satdığı qazın qiymətini qaldırdı
Ermənilərə daha bir zərbə

Rusiya və Ermənistan prezidentləri arasında görüş olub. SİA-nın verdiyi məlumata görə, görüş zamanı əsasən Rusiyadan Ermənistana satılan qazın qiyməti müzakirə olunub.

Görüşdən sonra açıqlama verən Ermənistan prezidenti bildirib ki, danışıqlar hər iki tərəfi qane edən səviyyədə yekunlaşdı. Amma erməni prezident təbii qazın qiymətində hansı dəyişikliyin olmasına tam aydınlıq gətirməyib. RİA Novosti-nin məlumatına görə, oktyabr ayından Rusiya Ermənistana satdığı qazın hər 1000 kubmetrinə 280, 2013-cü ilin yanvarından isə 320 dollar alacaq. Bu gün isə Ermənistan "böyük qardaşından" mavi yanacağı 180 dollara alır.

Bütün xəbərlər Facebook səhifəmizdə