İspaniyada üsyan dalğası...

İspaniyada yüzlərlə həkim, qaçaq immiqrantların dövlətin sağlamlıq xidmətlərindən faydalanmasını məhdudlaşdıran yeni qanuna etiraz edib. Hökumət tərəfindən hazırlanan və 1 Sentyabrda tətbiq olunan qanun, 18 yaşını tamamlamayan, hamilə və təcili müalicəyə ehtiyacı olanlardan başqa bütün qaçaq immiqrantları əhatə edir.

Qanuna internetdə yığdıqları imzalarla reaksiya verən 870 həkimin nümayiş etdirdiyi məlumatda: "Xəstələrimə olan sədaqətim, onları tərk etməyimə, vəzifəmə olan etik və professional yanaşmağım isə insanlara laqeyd yanaşmağıma icazə vermir" ifadələri qeyd olunub. İspaniya hökuməti qaçaq immiqrantların sağlamlıq və digər xərclərinə məhdudiyyət qoymaq sayəsində ildə 1,2 milyard avro qənaət edəcəyini bildirib. Hökumət İspaniyanın Avropa ölkələri arasında ən çox büdcə kəsri olan üçüncü ölkə olduğunu ifadə edərək keçən ilki 8,9% büdcə kəsrini 2014-cü ildə 0,3% büdcə kəsrilə əvəzləmək istədiyini açıqlayıb.

Qeyd edək ki, qaçaq immiqrantlarla əlaqədar məhdudiyyətə daha əvvəl də 20 minə yaxın həkimi təmsil edən Ailə və Cəmiyyət Tibb Dərnəyi reaksiya verib.

Bütün xəbərlər Facebook səhifəmizdə