Yeddi idmançı Olimpiya kəndindən yoxa çıxıb

Yeddi idmançı Olimpiya kəndindən yoxa çıxıb

Londonda keçirilən Yay Olimpiya Oyunlarında Kamerunun Olimpiya yığmasının üzvü olan yeddi nəfər idmançı, o cümlədən beş boksçu – Tomas Essomba, Kristian Donfak Acufak, Abdon Mevoli, Bleyz Ekmu Menduo və Serj Ambomo, üzgüçü Raul Ekane Edinqe və futbol üzrə qadınlardan ibarət yığma komandanın ehtiyat qapıçısı Druzil Nqako komandanın yerləşdiyi ərazini tərk ediblər.

Xarici KİV-lərin verdiyi məlumata görə, bu adamların məqsədi yarışlar başa çatdıqdan sonra Avropada qalmaqdır. Kamerun İdman və Bədən Tərbiyəsi Nazirliyində bildiriblər: "Londonda Olimpiadada iştirak edən yeddi nəfər kamerunlu idmançı Olimpiya kəndindən yoxa çıxıb".

Son günlərdə itkin düşmüş qonaqlar arasında Efiopiyadan gəlmiş 15 yaşlı məşəldaşıyan da var. Onu Londona məxsusi olaraq Olimpiya Məşəli estafetində iştirak etmək üçün dəvət etmişdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə