Türk ordusu Suriyaya daxil oldu

Türk hərbçiləri Suriyanın Carablus şəhərinə daxil olub. İranın "Press TV" telekanalının yaydığı məlumata görə, Türkiyənin hərbi konvoyu helikopterlərin dəstəyi ilə şəhərə daxil olub.

Carablus kürdlərin kompakt yaşadığı bölgədə yerləşir.

İran telekanalının yaydığı məlumata görə, türk hərbçilərinin Suriya ərazisinə hansı məqsədlə daxil olduğu bildirilmir. Digər mənbələrdən də bu məlumatın təsdiqi gəlməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə