Fransanın Hind okeanındakı Reunion adasında son iki həftə ərzində iki köpəkbalığı hücumu yaşanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, adanın qərbindəki sörf mərkəzi Saint Leuda yaşanan hücumda 40 yaşındakı bir sörfçünün sağ əlinin və ayağının ciddi olaraq yaralandığı, amma ölüm təhlükəsinin olmadığı bildirilib.
Səlahiyyətlilər iki həftə əvvəl köpəkbalığının ayağını dişləməsi nəticəsində 22 yaşındakı Alexandre Rassicanın həyatını itirdiyini, son 13 ay içində 3 sörfçünün öldüyünü qeyd ediblər.
Saint Leu bələdiyyə sədri Thierry Robert bu bölgədə balıqçıların köpəkbalıqlarını ovlamasına icazə versə də Fransanın denizkənarı torpaqlarından məsul nazir Victorin Lurel ov icazəsini də ləğv edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB