Əsəddən kosmonavt da qaçır

Suriyanın ilk kosmonavtı general Məhəmməd Fariz Türkiyəyə qaçıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, sərhəddi keçməmişdən öncə Fariz Suriya Azadlıq Ordusunun Hələb şəhərindəki mənzil-qərargahında olub. General Bəşər Əsədə qarşı vuruşan döyüşçülərə təşəkkürünü bildirib.

"Mən Suriya Azadlıq Ordusuna həmişə dəstək verməyə hazıram. Biz sonadək sizinlə olacağıq", deyə Fariz bildirib.

Xatırladaq ki, Məhəmməd Fariz 1987-ci ildə "Soyuz TM-3" gəmisində kosmosa uçuş edib. Sovet İttifaqı Qəhrəmanı olan suriyalı Lenin ordeni və "Qızıl ulduz" medalına da layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə