“Samsung”un qazancı Ermənistandan çoxdur

“Samsung”un qazancı Ermənistandan çoxdur

Koreya Respublikasının "Samsung Electronics" şirkətinin bu ilin ikinci rübündə xalis mənfəəti, bir il əvvəlin müvafiq dövrü ilə müqayisədə, 48 faiz artaraq 4,5 milyard dollara çatıb. Cari ilin birinci rübü ilə müqayisədə xalis mənfəət 3 faiz artıb.

"RBK" saytı xəbər verir ki, cari ilin aprel-iyun aylarında şirkətin əməliyyat gəlirinin 63 faizi məhz mobil qurğuların satışı hesabına əldə olunub. Analitiklər hesab edirlər ki, bu müddətdə "Samsung" 50 milyona yaxın smartfon, o cümlədən 6,5 milyon "Samsung Galaxy S3" telefonları sata bilib.

Şirkətin mədaxili təxminən 41,5 milyard dollara bərabər olub.

Qeyd edək ki, Cənubi Koreyanın təkcə "Samsung Electronics" şirkəti Ermənistanın illik büdcəsində nəzərdə tutlmuş rəqəmdən qat-qat çox para əldə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə