İran, “Əl-Qaida” və “Taliban”dan 6 milyard dollar tələb olundu

İran, “Əl-Qaida” və “Taliban”dan 6 milyard dollar tələb olundu

ABŞ-nin Manheten məhkəməsi "Əl-Qaida" və "Taliban" terror təşkilatlarından, həmçinin İrandan 6 milyard dollar ödəməyi tələb edib. "The Daily News" xəbər verir ki, qərara əsasən, vəsait 2001-ci il sentyabrın 11-də terakt zamanı həlak olan 47 nəfərin ailəsinə və terror hadisəsi zamanı zərər çkən 110 nəfərə təqdim olunmalıdır.

Vəsaitin ödənilməsi barədə qərarı hakim Frenk Maas verib. Məhkəmə hesab edib ki, həmin hadislərdə "Əl-Qaida" və "Taliban" terror təşkilatları ilə yanaşı İran da iştirak edib. Qərarda bildirilir ki, teraktın törədiləcəyi barədə İranın dini rəhbərliyinin məlumatı olub, amma onun qarşısını almaq üçün heç bir tədbir görməyib. Bundan başqa məhkəmə terrorçuların İran ərazisində gizləndiklərini də iddia edib.

İran prezidenti Mahmud Əhmədinecat isə terakt iştirakçıları ilə əməkdaşlığın edilmədiyini bildirib. Onun sözlərinə görə, 11 sentyabr hadisələrini amerikalıların özləri törədiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə