Ermənistanda 2 general istefaya göndərildi

Ermənistanda 2 general istefaya göndərildi

Ermənistan Müdafiə Nazirliyinin üç idarə rəisi vəzifəsindən azad edilib. "Aykakan Jamanak" qəzetinin yaydığı məlumata görə, işdən çıxarılanlardan ikisi general rütbəsi daşıyır.

Müdafiə naziri Seyran Ohanyan Baş Qərargah rəisinin müavini, general-leytenant Valeri Qriqoryanı, Ermənistanın baş hərbi komissarı, general-mayor Sergey Çalyanı və Müdafiə Nazirliyinin təşkilat-səfərbərlik idarəsinin rəisi polkovnik Arakel Martikyanı vəzifəsindən azad edib. Onların işdən çıxarılmasının səbəbləri açıqlanmır.

Bütün xəbərlər Facebook səhifəmizdə