Hindistanda qatarda yanğın: 47 ölü

Hindistanda qatarda yanğın: 47 ölü

Hindistanın cənubunda sərnişin qatarında yanğın baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumatına əsasən, yanğın 47 insanın ölümünə səbəb olub. Hindistanın Heydərabad şəhərindən olan ərazi rəsmisi B. Şirindanın söylədiklərinə əsasən müəyyən olub ki, qatar hərəkət halında olduğu vaxt yanğın baş verib və vaqonlardan biri yanmağa başlayıb.

Qeyd edək ki, qatarı idarə edən dəmiryol keçidində dayanan növbətçinin yanğından xəbərdar olması nəticəsində qatarın hərəkəti dərhal dayandırılıb. Dayandırılaraq söndürülən yanğında 47 adam ölüb, 22 adam isə yaralanıb. Xilasetmə işləri aparıldığından yanğında həlak olanların sayı hələlik tam dəqiqləşməyib.

Qeyd edək ki, hadisə Heydərabad şəhərinin təxminən 500 kilometr cənubunda Nelloredə meydana gəlib. İlkin məlumatlara əsasən qeyd olunub ki, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.

Mənzər Ərçəqızı

Bütün xəbərlər Facebook səhifəmizdə