Pentaqon rəhbəri Bəşər Əsədi hədələdi

Pentaqon rəhbəri Bəşər Əsədi hədələdi
Bəşər Əsəd Suriyada qanlı müharibəni davam etdirməklə öz tabutuna bir mismar daha vurdu. SİA-nın məlumatına görə, bunu ABŞ-ın müdafiə naziri Leon Panetti deyib. Pentaqon rəhbərinin sözlərinə görə, Suriyadakı münaqişənin dərinləşməsi Əsəd rejiminin tükənməsindən xəbər verir. Panetti qeyd edib ki, beynəlxalq ictimaiyyət Bəşər Əsədə ölkəsində sabitliyin bərpa olunması üçün vaxt verməsinə baxmayaraq diktatura rejimi oradakı dinc əhaliyə qarşı ağır texnikadan istifadə edir. ABŞ-ın müdafiə naziri həmçinin əlavə edib ki, rəsmi Vaşinqton Suriyadakı kimyavi silahların terror təşkilatlarının əlinə düşməməsi üçün səylərini artırıb.

Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə