Suriyanın Hələb şəhərində hökumət qüvvələri ilə üsyançılar arasında döyüşlər davam edir. "Azad Suriya Ordusu" şəhərə nəzarəti Bəşər Əsəd qüvvələrinə verməmək üçün müqavimət göstərir.
Üsyançılar hökumət qüvvələrinin tanklarına və ağır silahlarına sadə silahlarla cavab verməyə çalışırlar. Bomba və silah səslərinin əskik olmadığı Hələbdə hər iki tərəfdən çox sayda itkinin olduğu bildirilir.
Bu arada, Hələb şəhərinə daxil olan ilk xarici kütləvi-informasiya vasitəsi Türkiyənin "İhlas" Xəbər Agentliyi olub. Agentliyin müxbir və fotomüxbiri Hələb şəhərində çəkdikləri kadrlarla bütün dünyanı Hələbdəki vəziyyətlə tanış ediblər. Hələbin Səlahəddin və Sahur bölgələrində olan İHA əməkdaşları bombardmanla üzləşiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB